CƏMİYYƏT


FHN-in Akademiyasında bakalavr və magistrantların Dövlət Attestasiya Komissiyası işini başa çatdırıb

Bakı, 12 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında bakalavr və magistrantların Dövlət Attestasiyasına yekun vurulub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, 2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə 96 kursant və müdavim tədris planlarında nəzərdə tutulmuş bütün sınaqlardan keçərək yekun dövlət attestasiyasında iştirak edib. Onlardan 11-i fərqlənmə diplomuna layiq görülüb.

Magistratura səviyyəsinin təhsil proqramı üzrə isə tədris planını tam yerinə yetirmiş 15 nəfər magistrantın müvafiq ixtisaslar üzrə magistr dissertasiyalarının müdafiəsi müvəffəqiyyətlə yekunlaşıb. Həmin şəxslərdən üç nəfər fərqlənmə diplomuna layiq görülüb.

Komissiya işini yekunlaşdırdıqdan və nəticələr elan olunduqdan sonra Akademiyanın rəisi, general-mayor Baba Salayev bakalavr və magistrantları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.