CƏMİYYƏT


FHN-in Akademiyasında professor-müəllim heyətinin V elmi-texniki konfransı keçirilib

Bakı, 8 may, AZƏRTAC 

Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Fövqəladə hallardan müdafiənin nəzəri və təcrübi problemləri” mövzusunda professor-müəllim heyətinin V elmi-texniki konfransı keçirilib.

FHN-dən AZƏRTAC-a verilən məlumata görə, akademiyanın rəisi, general-mayor Baba Salayev qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb və yüksək qiymətləndirib. Hazırda ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması üçün hər cür şərait yaradılıb və bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir.

Akademiyanın rəisi elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılmasına, elmi-tədqiqat işlərinin aparılmasına, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanmasına, elmi konfransların keçirilməsinə, elmi məqalələrin çap edilməsinə, bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.

Sonra konfransda FHN Akademiyası rəisinin müavini, polkovnik Aslan Hüseynov məruzə ilə çıxış edib.

Plenar sessiyadan sonra konfrans işini bölmə iclaslarında davam etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.