CƏMİYYƏT


FHN-in Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 6 may, AZƏRTAC 

Mayın 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev məktəbinin lektoriyası”nın növbəti məşğələsi keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, lektoriyanın qonağı Azərbaycan “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Şamil Süleymanov olub.

Akademiyanın rəisi, general-mayor Baba Salayev Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. “Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirilən bugünkü görüş bir sıra tədbirlərdən köklü surətdə fərqlənir. Ona görə ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açanda müstəqil və müasir Azərbaycanın memarı və qurucusu, təhlükəsizlik orqanları əməkdaşlarının idealı, ömrünün 25 ilini bu orqanda xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin nurlu siması gözlərimiz önündə canlanır”, - deyə B.Salayev qeyd edib.

Akademiyanın rəisi ümummilli lider Heydər Əliyevin ordu quruculuğuna verdiyi böyük töhfələrdən söz açıb, xalqımızın təhlükəsizliyinin hərtərəfli təmin olunması istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışıb.

Azərbaycan “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Şamil Süleymanov ulu öndər Heydər Əliyevin şərəfli həyat fəaliyyətindən danışaraq, onun Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətləri barədə geniş məlumat verərək dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb.

Ş.Süleymanov müəllifi olduğu kitabları Akademiyaya hədiyyə edib.

General-mayor Baba Salayev Akademiyanın adından Şamil Süleymanova xatirə hədiyyəsi təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.