CƏMİYYƏT


FHN-in Aran Regional Mərkəzi hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə məşq keçirib

Bakı, 29 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi “Azərbaycan” İstilik Elektrik Stansiyasında hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşqin keçirilməsinə FHN-in Aran Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin 68 nömrəli Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikaları, “AzərEnerji” ASC-nin “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi”nin Aran Regional Mühafizə xidmətinin əməkdaşları, “Azərbaycan” İstilik Elektrik Stansiyasının mülki müdafiə qüvvələrinin şəxsi heyəti və texnikası cəlb edilib.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.