CƏMİYYƏT


FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola salınıb

Bakı, 5 avqust, Nicat Məmmədov, AZƏRTAC

Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” tipli amfibiya təyyarəsi avqustun 5-də qardaş ölkəyə yola düşüb.

AZƏRTAC xəbər verir ki, FHN-in müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu da gün ərzində yola salınacaq. Üçüncü qrupa 40 ədəd yanğınsöndürmə texnikası və 150 yanğınsöndürən daxildir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da, 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola düşüb. Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Türkiyədədir. Azərbaycan yanğınsöndürənləri alovların söndürülməsi və qarşısının alınmasında fədakarlıqla çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.