CƏMİYYƏT


FHN-in Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasının tələbələri üçün təlim-praktiki məşğələ təşkil edib

Bakı, 5 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində Milli Aviasiya Akademiyası (MAK) ilə razılaşmaya əsasən MAK-ın “Nəqliyyat texnologiyaları” fakültəsinin IV kurs tələbələri üçün “Qəza-xilasetmə işlərində istifadə olunan xüsusi texniki vasitələr” və “Qəza-xilasetmə işlərində desantlamanın əsasları” fənləri üzrə təlim-praktiki məşğələ təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşğələnin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrdə dayanıqlı rabitənin təşkili və bu hadisələr zamanı müvafiq davranış qaydaları barədə tələbələrə müvafiq biliklərin verilməsi olub.

Məşğələ zamanı tələbələrə ilkin taktiki hazırlıq üzrə “Fövqəladə halların təsnifatı” mövzusunda mühazirə deyilib, qəza-xilasetmə işlərinin aparılması zamanı rabitənin təşkili və fövqəladə hal zonasında radiostansiyadan istifadə qaydaları izah edilib. Eyni zamanda, fövqəladə hal zonasında xilasedicilərin fəaliyyət istiqamətləri, zərərçəkmişlərin təxliyə olunması və xilasetmə işləri zamanı təhlükəsizlik qaydalarına dair tələbələr və s. barədə geniş məlumat verilib.

İnteraktiv formada keçirilən məşğələ zamanı tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.