CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Şuşa şəhərində maarifləndirmə tədbirlərini davam etdirir

Bakı, 23 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində aparılan yenidənqurma işləri zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 22-də DYNX Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Şuşa şəhərində yerləşən yaşayış binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları üçün yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib.

Tədbirdə müvafiq yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri təhlükəsizlik tədbirləri barədə geniş məlumat verilib, suallar cavablandırılıb. Həmçinin müəssisə əməkdaşlarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.