CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti "ASAN xidmət" mərkəzində maarifləndirmə tədbiri keçirib

Bakı, 7 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı regional “ASAN xidmət” mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Masallı şəhərindəki Mərkəzdə keçirilən tədbirdə müəssisənin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılarına yanğın təhlükəsizliyi qaydalarına dair, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları, eləcə də 112 - qaynar telefon xəttinin iş prinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, təxliyə üçün nəzərdə tutulan çıxışların və yolların yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməsi, yanğın zamanı zəruri hərəkətlər, binanın ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğına qarşı su təchizatı qurğularının saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd olunub.

Sonda mövzuya aid yaranan suallar cavablandırılıb, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.