CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti respublikanın qərb bölgələrində maarifləndirmə tədbirləri keçirib

Bakı, 17 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə Dövlət Universitetində və Şəmkir rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına 2 nömrəli tam orta məktəbdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Yevlax şəhər 4 nömrəli, Tərtər şəhər 1 nömrəli, Goranboy şəhər 1 və 2 nömrəli, Göyçay şəhər 2 nömrəli, Kürdəmir rayon Yenikənd kənd tam orta məktəblərində və Ucar şəhər 1 nömrəli məktəb-liseydə yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müəssisələrin rəhbər, müəllim və texniki işçilərinin iştirak etdikləri tədbirlərdə təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydaları barədə ətraflı məlumat verilib. Eləcə də ilkin yanğınsöndürmə vasitələrinin iş üslubu, yanğına ilkin müdaxilənin xüsusiyyətləri və yanğın zamanı şagirdlərin təxliyəsi barədə danışılıb. Həmçinin FHN-in 112 - qaynar telefon xətti barədə geniş məlumat verilib. Cavabdeh şəxslərin diqqətinə çatdırılıb ki, ərazilər daim təmiz saxlanılmalı, bina və qurğular normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir. Həmçinin tədbirlərdə yanğın zamanı davranış qaydaları barədə kollektivin məlumatlı olmasının, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbirlərdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.