CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti silsilə maarifləndirmə tədbirləri keçirib

Bakı, 24 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Yasamal rayonunda yerləşən Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda, Nizami rayonundakı 7 saylı doğum evində, Qaradağ rayonundakı 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında, Pirallahı rayonunda yerləşən N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə, Səbail rayon T.Məmmədov adına 239 nömrəli tam orta məktəbdə, habelə Sumqayıt şəhər Psixiatriya xəstəxanasında, Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Mərkəzində, Masallı rayon Mərkəzi Kitabxanasında, Şəki şəhər 14 saylı Körpələr evi-uşaq bağçasında, “Aqroservis” ASC-nin Qobustan regional nümayəndəliyinin Kürdəmir rayon bölməsi, “Aqroservis” ASC-nin Göyçay və Ucar filiallarında yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.