CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti təhlükəsizlik tədbirlərini davam etdirir

Bakı, 2 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində fəaliyyət göstərən bir sıra obyektlərin ərazisinin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənməməsi nəticəsində yanğın təhlükəsinin yaranması ilə bağlı daxil olmuş məlumatla əlaqədar həmin əraziyə baxış keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazidə yerləşən bir sıra obyektlərin, o cümlədən neft boru kəmərlərinin keçdiyi sahənin uzun müddət qamış, quru ot və yanar tullantılardan təmizlənmədiyi təsdiqini tapıb.

Bunlar nəzərə alınaraq, aidiyyəti təşkilatların rəhbərləri qarşısında məsələ qaldırılıb, xüsusi texnika və canlı qüvvə cəlb edilməklə ərazinin təmizlənməsinə başlanılıb. Bu günədək Xətai rayonunun Əhmədli qəsəbəsi 622/9-cu keçid ünvanında və Əhmədli qəsəbəsi yolu K.Kərimov küçəsində ümumilikdə üç hektardan çox sahə obyekt rəhbərləri tərəfindən işçi qüvvəsi və texnika cəlb edilməklə məişət tullantıları, kol-kos və qamışlıqdan təmizlənib.

İşlər yaxın günlərdə tam başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.