CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Bakı, 5 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay şəhərindəki Dövlət İdarəetmə və Texnologiya Kollecində, Göyçay, Kürdəmir və Naftalan şəhər peşə liseylərində, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz Şəhər Uşaq kitabxanasında, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Sumqayıt şəhər 5 nömrəli musiqi məktəbində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təhsil müəssisələrinin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və 112 - qaynar xətti barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.

Sonda suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.