CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi qaydalarının pozulması halının qarşısını alıb VİDEO

Bakı, 2 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Oğuz rayonunun Xaçmaz kəndində “Yuxarı bazar yeri” adlanan ərazidə Xaçmaz kənd sakini Xəlilov Adil Gülməmməd oğlu tərəfindən yüksək gərginlikli hava elektrik xətlərinin altında və orta təzyiqli qaz xəttinin yaxınlığında neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat daxil olub.

Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı vətəndaşın həqiqətən də yüksək gərginlikli hava elektrik xətlərinin altında, orta təzyiqli qaz xəttinin, fərdi yaşayış evləri və meşə massivinin bilavasitə yaxınlığında müxtəlif neft məhsullarının (benzin, ağ neft, sürtkü yağı və s.) qeyri-qanuni satışını həyata keçirdiyi və yanğın təhlükəsizliyi sahəsində çoxsaylı və ciddi qayda pozuntularının mövcudluğu təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi sahəsində çoxsaylı qayda pozuntuları səbəbindən insan həyatı və sağlamlığına birbaşa təhlükə yaratdığı üçün Dövlət Yanğın Nəzarəti Xidməti göstərilən obyektin istismarını dayandırıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.