CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yaşayış sektorunda yanğına qarşı təbliğat işlərini davam etdirir

Bakı, 16 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Xətai, Nizami, Sabunçu, Suraxanı və Binəqədi rayonları ərazisində mənzillərdə sakinlər arasında maarifləndirmə işləri aparıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin əməkdaşları sakinlərə mənzilləri işıqlandırmaq məqsədilə açıq alovdan (şam, məşəl) istifadə edilməsi, sobanın üzərində və yanında paltar qurudulması, kustar üsulla düzəldilmiş elektrik avadanlığından və elektrik qızdırıcı cihazlarından istifadə edilməsi, bacalarda və çardaqlarda tezalışan əşya və məişət qaz balonlarının saxlanması, qaz balonlarından və nasaz qaz cihazlarından istifadə olunması zamanı yarana biləcək təhlükələr barədə məlumat veriblər. Eyni zamanda, payız-qış mövsümü ilə əlaqədar bacaların təmizlənməsinin, mənzildən çıxarkən elektrik avadanlığının şəbəkədən ayrılmasının və qaz cihazlarının söndürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Sakinlərə “Vətəndaşların nəzərinə”, “Mənzildə yanğın zamanı davranış qaydaları” adlı yaddaş vərəqələri də paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.