CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə təlim keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin iştirakı ilə əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə Mingəçevir şəhərinin mərkəzində yerləşən iri ticarət obyektində “şərti yanğın” həyəcan siqnalı verilməklə təlim keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim çərçivəsində əraziyə yanğın avtomobilləri cəlb edilməklə su hovuzlarının və hidrantların vəziyyəti, eləcə də yanğınsöndürmə avtomobillərinin su mənbələrinə yaxınlaşa bilməsi və ümumilikdə yanğınla mübarizə tədbirlərinin həyata keçirilməsi üçün mövcud olan əməliyyat şəraiti qiymətləndirilib.

Təlim zamanı obyektin girişlərində və perimetrində müxtəlif maneələrin, müvəqqəti konstruksiyaların quraşdırılması, nəqliyyat vasitələrinin nizamsız, təyin olunmamış yerlərdə park edilməsinin obyektə yan almaqda, o cümlədən su ehtiyatının bərpası üçün yanğın su hovuzlarından, yanğın hidrantlarından su götürməkdə yanğınsöndürmə avtomobillərinə yaratdığı məhdudiyyətlərin baş verə biləcək yanğın hadisəsi zamanı vaxtında müvafiq tədbirlərin görülməsinə ciddi mane olması yanğın təhlükəsizliyinə cavabdeh şəxslərə izah olunub.

Təlimdən sonra yanğın təhlükəsizliyi qaydalarına riayət edilmədiyi hallarda faciənin qaçılmaz olması barədə təbliğat xarakterli maarifləndirici söhbətlər aparılıb. Ticarət obyektinin cavabdeh şəxslərinə təlim zamanı müşahidə edilən nöqsanlarla bağlı müvafiq məzmunlu məktubların ünvanlanacağı, inzibati xəta haqqında protokolların tərtib ediləcəyi barədə xəbərdarlıq olunub.

Dövlət Yanğın Nəzarəti Xidməti bu istiqamətdə işlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.