CƏMİYYƏT


FHN-in Elmi-Tədqiqat İnstitutu akkreditasiya attestatı ilə təmin edilib

Bakı, 11 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu AZS İSO - 17020-2008 “İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar” standartına uyğun akkreditasiya olunub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsis etdiyi Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən aparılan akkreditasiyada institutun fəaliyyət istiqamətləri üzrə həmin standartın tələbləri nəzərə alınaraq, keçirilən xarici audit nəticəsində uyğunluq müəyyənləşdirilib və institut akkreditasiya attestatına layiq görülüb.

Akkreditasiya attestatının verdiyi hüquqlar əsasında institut tərəfindən müxtəlif layihə sənədlərinin, qurğu, maşın və avadanlıqların texniki təhlükəsizliyə dair ekspertizası, müxtəlif tipli qüllələrin, texniki qurğu və avadanlıqların dağıdıcı olmayan üsulla sınağı və diaqnostikası, təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinin texniki müayinəsi və texniki baxışın keçirilməsi, iş yerlərinin attestasiyası, təhlükəsizlik və texniki təhlükəsizlik bəyannamələrinin işlənilməsi üzrə həmin standartın tətbiqinə artıq başlanılıb.

Qeyd edək ki, bu attestat institutun həyata keçirdiyi fəaliyyət istiqamətlərini daha keyfiyyətlə yerinə yetirməsində, peşəkarlığının artırılması istiqamətində bütün vasitə və imkanlardan maksimum dərəcədə istifadə etməklə təhlükə potensiallı obyektləri istismar edən, həmçinin sənayenin digər sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlara dəstək olmaq istiqamətində çox vacib amildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.