CƏMİYYƏT


FHN-in Gəncə Regional Mərkəzi “Mülki müdafiə günü” mövzusunda silsilə tədbirlər keçirib

Bakı, 14 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrində “Mülki müdafiə günü” mövzusunda silsilə tədbirlər keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirlər çərçivəsində keçirilən mülki müdafiə məşğələləri nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.

Praktiki hissə zamanı şərti olaraq baş vermiş zəlzələ zamanı müəllim və şagird heyətinin təxliyəsi həyata keçirilib. Həmçinin məktəbdə şərti olaraq baş verən yanğın ilkin odsöndürən vasitələrlə “söndürülüb”, “xəsarət alanlara ilkin tibbi yardım göstərilib”.

Nəzəri hissə çərçivəsində çıxış edən FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları məşğələ iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, ölkəmiz üçün spesifik olan fövqəladə hallar zamanı davranış qaydaları barədə ətraflı məlumat veriblər.

Bundan əlavə, tədbirlər çərçivəsində mülki müdafiə gününə həsr olunan “açıq dərs”lər də keçirilib. Dərslərdə şagirdlər zəlzələ, torpaq sürüşməsi, sel və daşqın, yanğın, vulkan və s. mövzularda biliklərini ifadə ediblər.

İnteraktiv formada keçirilən tədbirlərdə mövzulara dair videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.