CƏMİYYƏT


FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsi və Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirənin keçirilməsində məqsəd yeni tədris ilinin başlanması ilə əlaqədar sözügedən şəhər və rayonların orta ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2-ci, 5-ci və 6-cı siniflərinin sinif rəhbərlərinə mülki müdafiəyə aid keçiləcək mövzular, bu sahədə mövcud problemlər və onların həlli yolları istiqamətində metodiki kömək göstərmək olub.

Tədbirdə mövzuya dair suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.