İDMAN


FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır

Bakı, 17 iyul, AZƏRTAC

İyulun 21-27-də Bakıda təşkil olunacaq “EYOF 2019” XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışları iki arenada – Voleybol Mərkəzində və Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun kompleksində keçiriləcək. Kompleks artıq bu mötəbər idman yarışının keçirilməsinə hazırdır.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman naziri Azad Rəhimov və təşkilat komitəsinin nümayəndələri FHN-in İdman-Sağlamlıq Klubunun bazasına gələrək hazırlıq işləri ilə yaxından tanış olublar. Arenanın bu mötəbər yarışa hazırlıq səviyyəsi yüksək qiymətləndirilib.

Qeyd edək ki, FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növünün FHN-in İdman-Sağlamlıq Klubunun kompleksində keçirilməsi bu arenanın ən müasir beynəlxalq standartlara cavab verməsinin göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.