CƏMİYYƏT


FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər

Bakı, 4 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev və mərkəzin əməkdaşları Binə qəsəbəsində yaşayan, iki oğlu Vətən müharibəsində şəhid olmuş Məmmədovlar ailəsini ziyarət ediblər.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, şəhid qardaşlar İman və Bəhrəm Rusiyanın Həştərxan vilayətində ali gəmiçilik məktəbində təhsil alıblar. Müharibə başlayan kimi döyüşə könüllü qoşularaq Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının kəndlərinin azad edilməsində iştirak ediblər. Lakin Xankəndi yaxınlığında gedən döyüşlərdə eyni anda xain düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb, adlarını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıblar.

İdmançı şəhidlərimizin atası Elman Məmmədov övladları ilə bağlı xatirələrindən, şəhid qardaşların həyat yolundan, müqəddəs amal uğrunda gedən müharibədəki qəhrəmanlığından, onların mehribanlığından, şəhid olmaq arzularından, komandir və yoldaşlarının İman və Bəhrəmin qəhrəmanlığından və şücaətindən danışıb.

FHN-in əməkdaşları ailəyə başsağlığı verib, şəhidlərimizin daim Azərbaycan xalqının qəlbində uca tutularaq heç zaman unudulmayacağını vurğulayıb, valideynlərə dərin ehtiramlarını bildiriblər.

Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.