CƏMİYYƏT


FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində hazırlıq kursları təşkil olunub

Bakı, 15 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN Akademiyasının birgə fəaliyyət planı əsasında xüsusi hazırlıq kursları təşkil edilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın kursantları təcrübəli dalğıc mütəxəssislərin cəlb olunduğu hazırlıq kurslarında dinləyici kimi iştirak ediblər. Üç qrupda 3-cü dərəcəli dalğıc hazırlıq kursu Xidmətin Şıx sularda xilasetmə məntəqəsində təşkil olunub.

Kursantlara xidmətin fəaliyyət istiqamətləri, dalğıc hazırlığı kursunun nəzəri və təcrübi hissələri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, dalğıc avadanlığı və onlardan istifadə qaydaları izah olunmaqla sualtı dalğıc enişləri nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.