CƏMİYYƏT


FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi səhra şəraitində toplantı keçirib

Bakı, 3 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyin (FHN) Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən nazirliyin Sumqayıt, Şimal, Muğan və Cənub Regional mərkəzlərinin mülki müdafiə məsələləri üzrə məsul vəzifəli şəxslərinə mülki müdafiənin vəziyyəti ilə bağlı “2022-ci ilin 9 ayının yekunu və 2023-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş səhra şəraitində toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantının məqsədi FHN-in regional mərkəzlərinin əhatə etdiyi ərazilərdə mülki müdafiənin idarəetmə orqanlarının fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətinin təşkili və onların birgə fəaliyyət mexanizminin işlənilməsi, rabitə və xəbərdarlıq sistemlərinin dayanıqlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin tətbiqi, mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi, mülki müdafiə təlim və məşqlərinin keçirilməsi, əməliyyat qərargahının fəaliyyətinin təşkili üzrə regional mərkəzlərin əməkdaşlarının hazırlıq səviyyələrinin yüksəldilməsi, onların qərargah fəaliyyəti üzrə vərdişlərinin təkmilləşdirilməsi və səhra bacarıqlarının artırılması, həmçinin mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, 2022-ci ildə görülmüş işlərin yekunu, 2023-cü il üçün tapşırıqların müəyyənləşdirilməsi və digər mülki müdafiə məsələlərinin müzakirəsi olub.

Üç gün davam edən tədbir çərçivəsində toplantı iştirakçıları, əvvəlcə FHN-in Muğan Regional Mərkəzi tərəfindən keçirilən mülki müdafiə təliminin praktiki hissəsini izləyiblər.

Təlim çərçivəsində regional mərkəzlərin məsul vəzifəli şəxslərinə fövqəladə hallar zamanı əməliyyat qərargahının fəaliyyətinin təşkili, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin müxtəlif şəraitlərdə fəaliyyəti, sənaye obyektlərində qəza-xilasetmə əməliyyatının təşkili və aparılması, ağır texnika və xüsusi vasitələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqların yerinə yetirilməsi qaydaları və digər elementlər nümayiş olunub.

Bundan başqa, təlim ərazisində açılmış əməliyyat qərargahında “Mülki müdafiə tədbirlərinin planlaşdırması, həyata keçirilməsi və onların yerinə yetirilməsinə nəzarətin təşkili”, “Əməliyyat qərargahlarının fəaliyyətinin təşkili”, “Əhalinin mühəndis mühafizəsinin, rabitə və xəbərdarlıq sisteminin təşkili”, “Əhalinin mülki müdafiəyə hazırlanması və mülki müdafiə kurslarının təşkili” mövzuları nəzəri olaraq həyata keçirilib.

Mövzular üzrə mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə hazırlığın təmin edilməsi, mülki müdafiə obyektlərinin daim hazır vəziyyətdə saxlanılması və dinc dövrdə həmin obyektlərin düzgün istifadə edilməsinə nəzarətin həyata keçirilməsi, fövqəladə hadisələr və hərbi əməliyyatlarla bağlı təhlükələr barədə məlumatların toplanması və aidiyyəti dövlət orqanları ilə birlikdə təşkilatların və əhalinin operativ xəbərdar edilməsi məsələləri geniş müzakirə olunub.

Yekunda 2022-ci ilin doqquz ayı ərzində görülmüş işlərin təhlili aparılıb və 2023-cü ildə nazirliyin regional mərkəzlərinin mülki müdafiə sahəsində qarşısında duran məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.