CƏMİYYƏT


FHN-in Mülki müdafiə qoşunlarında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə görüş keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, Qarabağ müharibəsi qaziləri ilə qoşunların şəxsi heyətinin görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə, tədbir iştirakçıları Mülki müdafiə qoşunlarının inzibati binasının həyətində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Dahi Rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən Heydər Əliyev Muzeyi ziyarət edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Vətən müharibəsi iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş Vüsal Yaqubov, Şamxal Qocayev və Aprel döyüşlərinin qazisi Ülfət Həsənov iştirak ediblər.

Mərasimdə çıxış edən müharibə iştirakçıları ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına, dövlətçiliyə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə həmişə sadiq olan müharibə veteranlarının hazırki mərhələdə respublikamızın ictimai-siyasi həyatında xidmətlərindən danışıblar. Çıxışçılar müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda keçdikləri döyüş yolundan söz açıb, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin yüksək səviyyədə saxlanılmasının Qələbəmizin əldə olunmasında çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Tədbirdə veteran və qazilərimizin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsi, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməmələri yüksək qiymətləndirilib.

Qazi və veteranlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirblər.

Tədbirin rəsmi hissəsindən sonra Mülki Müdafiə Qoşunlarının nümunəvi orkestrinin ifasında konsert proqramı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.