CƏMİYYƏT


FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi yeni akkreditasiya attestatına layiq görülüb

Bakı, 4 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi AZS İSO/İES 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun akkreditasiya olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən keçirilən akkreditasiya Agentliyin fəaliyyət istiqamətləri üzrə həmin standartın tələbləri əsasında, keçirilən audit nəticəsində müəyyənləşdirilib və Agentlik AZS İSO/İES 17065-2014 akkreditasiya attestatına layiq görülüb.

Akkreditasiya attestatının əldə edilməsi nəticəsində təhlükə potensiallı obyektlərdə və dağ-mədən sahələrində istehsal və istifadə olunan texniki qurğu və avadanlıqların sertifikatlaşdırılmasının həyata keçirilməsi ilə əlaqədar “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsinin tələbi tam təmin olunacaq.

Qeyd edək ki, həmin attestat Agentliyin sertifikatlaşdırma ilə bağlı fəaliyyətinin yerinə yetirilməsində və bu sahədə əməkdaşların peşəkarlığının artırılması istiqamətində yeni keyfiyyət standartı və meyarları yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.