CƏMİYYƏT


FHN-in Şimal-Qərb Regional Mərkəzində “Xilasetmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları təşkil olunub

Bakı, 11 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzində “2019-cu il üçün mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na, eyni zamanda, “Hərbiləşdirilmiş mülki müdafiə dəstələrinin komandir-rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanması proqramı”na əsasən “Xilasetmə manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, kurslarda baş verə biləcək fövqəladə hadisələrdən qorunma üsulları, həmin vaxt davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bilik və bacarıqların təkmilləşdirilməsi ilə bağlı ətraflı məlumatlar verilib.

Kurslarda idarə, müəssisə və təşkilatlarda yaradılmış xilasetmə manqalarının komandirləri iştirak ediblər.

Tədbirlərin sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.