CƏMİYYƏT


FHN-in Şimal Regional Mərkəzi fövqəladə hallarda davranış qaydaları ilə bağlı seminar-müşavirə keçirib

Bakı, 10 iyul, AZƏRTAC 

İyulun 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi Xaçmaz regional mədəniyyət idarəsinin Quba rayonu üzrə nümayəndəliyində fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydalarına dair seminar-müşavirə keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, mülki müdafiə işinin təşkili, su hövzələrində təhlükəsizlik, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları və elektrikdən istifadə zamanı təhlükəsizlik tədbirlərinə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

Seminar-müşavirədə, həmçinin yanğın, dəm qazı, torpaq sürüşməsi zamanı təhlükəsiz davranış, odsöndürücü balonlardan istifadə qaydaları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında 112 – “qaynar xətti”nin rolundan danışılıb.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.