CƏMİYYƏT


FHN-in Şimal Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Bakı, 13 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində “İnzibati ərazi dairəsi üzrə nümayəndələr” kateqoriyası üzrə mərkəzi mülki müdafiə kursları keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, beş gün davam edən kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları və davranış, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsində rolu, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi, həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları üzrə məşğələlər keçirilib.

Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər yerli qurumların əməkdaşları da tədris prosesində iştirak ediblər.

Tədbirlərin sonunda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.