CƏMİYYƏT


FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Bakı, 22 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində “Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin komandir rəis heyətinin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanılması” proqramı əsasında kəşfiyyat manqa komandirləri kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, “2019-cu il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən kurslarda idarə, müəssisə və təşkilatlarda yaradılmış kəşfiyyat manqalarının komandirləri iştirak edib. Kurslarda müəssisədə baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib, həmçinin xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.

Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.