CƏMİYYƏT
FHN-in Şimal-qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində “2020-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən bələdiyyə sədrləri ilə mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, kurslarda baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib. Həmçinin xilasetmə alət və avadanlığından istifadə qaydası əyani şəkildə izah edilib.
Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.