CƏMİYYƏT


FHN-in Sumqayıt Regional Mərkəzi çimərliklərdə maarifləndirmə tədbirləri keçirib

Bakı, 7 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi “Sumqayıt” və “Corat” xilasetmə məntəqələrinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizlik qaydaları barədə biliklərin aşılanması olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Sumqayıt” və “Corat” xilasetmə məntəqələrinin əməkdaşları iştirak ediblər.

Tədbirdə əməkdaşlar tərəfindən təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək həmin qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərərçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.

Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.

Qeyd edək ki, vətəndaşlara mövzuya aid bukletlər və müxtəlif xarakterli təbliğat materialları paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.