CƏMİYYƏT


FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Bakı, 17 aprel, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən “Bakı Qida və Yağ Fabriki” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqin keçirilməsində məqsəd baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza xilasetmə və yanğınsöndürmə qüvvələrinin hadisələrin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinin və cəlb edilən rayon qüvvələri arasında qarşılıqlı fəaliyyətin, eləcə də rəhbərlik tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olub.

Tədbirdə fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN-in hadisə yerinə cəlb olunan qüvvələri arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədə təşkil edilib.

Sonda məşqin yekunu qiymətləndirilib, nöqsanların aradan qaldırılması üçün təkliflər verilib.

Tədbirdə Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin nümayəndələri, müəssisənin rəhbər və işçi heyəti iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.