CƏMİYYƏT


FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Bakı, 14 iyun, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən yüksək hazırlıqlı Ərazi Mülki Müdafiə qüvvələrinin iştirakı ilə Azərkimya İB-nin “Etilen-Polietilen” zavodunun inzibati binasının qarşısında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda xəbərdarlıq toplanış məşqi keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, toplanış məşqinə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Sumqayıt Şəhər Polis İdarəsinin, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasının, Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin, Sumqayıt şəhər Qaz-qəza və Su-qəza Bərpa xidmətlərinin, Şəhər Telekommunikasiya Qovşağının aidiyyəti struktur bölmələri, “Etilen-Polietilen” zavodunun əməkdaşları, yerli icra hakimiyyəti orqanının mülki müdafiə qərargahı və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək zəlzələ, yanğın və partlayış hadisələrinin nəticələri aradan qaldırılarkən zavodun işçilərinin funksional vəzifələrini yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılığın və operativliyin artırılmasına, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsinə köməklik göstərməkdən ibarət olub. Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb. Tədbirdə, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda ərazi mülki müdafiə dəstə rəhbərlərinin iştirakı ilə məşqin təhlili aparılıb, çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.