CƏMİYYƏT


FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Xızı rayonunun yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqin keçirilməsində məqsəd yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Məşq zamanı yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb. Tədbirdə, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonra məşqin təhlili zamanı çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

Məşqə mərkəzin aidiyyəti struktur bölmələri, yerli icra hakimiyyəti orqanının mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.