CƏMİYYƏT


FHN-in Sumqayıt Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib

Bakı, 12 aprel, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində məktəblilər arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə təşkil olunan yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik ruhunun, baş verə biləcək fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, yarış iştirakçılarının bu sahədə biliklərinin artırılması, idman və sağlam həyat tərzinin təbliği və ilkin tibbi yardım qaydalarının aşılanması olub.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışlarda Sumqayıt şəhəri üzrə 43 nömrəli, Abşeron rayonu üzrə Novxanı kənd M.Hüseynzadə adına 1 nömrəli və Xızı rayonu üzrə Yeni Yaşma kənd tam orta məktəblərinin komandaları qalib gəliblər.

Qalib komandalar Fövqəladə Hallar Nazirliyi tərəfindən keçiriləcək “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona mərhələsində iştirak etmək hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.