CƏMİYYƏT


FHN-in Tibb Xidmətinin əməkdaşı: Ağırlıq dərəcəsindən asılı olmayaraq hər cür tibbi yardımın göstərilməsinə tam hazırıq

Ağdam, 3 dekabr, İlyas Zeynallı, AZƏRTAC

İstənilən ərazidə ağırlıq dərəcəsindən asılı olmayaraq hər cür tibbi yardımın göstərilməsinə tam hazırıq.

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin tibb məntəqəsinin rəisi kapitan İlqar Muxtarov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

İ.Muxtarov qeyd edib ki, ərazidə FHN-in Xüsusi Riskli Xilasetmə və Kinoloji xidmətlərinin əməkdaşları minaların və basdırılmış gizli sursatların aşkar edilməsi istiqamətində fasiləsiz iş aparırlar: “Minalanmış sahələrdə təmizləmə əməliyyatları zamanı baş verə biləcək bədbəxt hadisələr nəticəsində yaralanan şəxslərin aldığı xəsarətlərin dərəcəsindən və ağırlıq dərəcəsindən asılı olaraq ilkin tibbi yardımın göstərilməsi və təyin olunmuş müəyyən xəstəxanalara təxliyəsi işləri görülür. Tibb xidməti təcili tibbi yardım avtomobili və ən müasir texnikalarla tam təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.