CƏMİYYƏT


FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidməti seminar-müşavirə keçirib

Bakı, 25 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə nazirliyin Akademiyasında “Neft dağılmalarına qarşı cavab tədbirləri” mövzusunda seminar-müşavirə keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə FHN-in aidiyyəti qurumları ilə yanaşı, SOCAR-ın, “BP Azərbaycan” şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin, Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Xəzər Dəniz Gəmiçiliyinin və “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin nümayəndələri iştirak ediblər.

Müşavirədə çıxış edən akademiyanın rəis müavini Cabir Həsənov tədbir haqda məlumat verib, iştirakçılara uğurlar arzulayıb.

FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Fuad Bağırov dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi üzrə görülmüş işlərdən, bu sahədə nazirliyin digər aidiyyəti qurumlarla sıx əməkdaşlığından danışıb.

Çıxış edən digər natiqlər qarşıda duran problemlərdən danışıb və onların aradan qaldırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.