CƏMİYYƏT


FHN-in beynəlxalq axtarış-xilasetmə dəstəsinin taktiki-xüsusi təlimi keçirilib

Bakı, 1 avqust, AZƏRTAC

İyulun 30-31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Təlim-Tədris Mərkəzində “Beynəlxalq axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin zəlzələ nəticəsində dağılmış ərazilərdə axtarış-xilasetmə işlərinə hazırlığın təşkil edilməsi və keçirilməsi” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı qarşıya qoyulan əsas məqsədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının və qurumlarının beynəlxalq axtarış-xilasetmə dəstəsinə namizədliyi təklif olunmuş əməkdaşlarının INSARAG qaydalarına uyğun fəaliyyət sahəsində maarifləndirilməsi, dəstənin beynəlxalq axtarış-xilasetmə tədbirlərinə cəlb edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində bilik və bacarıqlarının artırılmasından ibarət olub.

Təlim zamanı beynəlxalq axtarış-xilasetmə dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə beynəlxalq axtarış-xilasetmə tədbirlərində iştirak məqsədilə göndərilməsinin təşkili, hadisə yerində yaranmış vəziyyətin qiymətləndirilməsi və müvafiq qərarların qəbul olunması, beynəlxalq axtarış-xilasetmə dəstəsinin əməliyyat bazasının və sahə əməliyyatlarının koordinasiya mərkəzinin açılması, hündürlükdən və dağıntılar altından zərərçəkənlərin xilası üzrə tədbirlər yerinə yetirilib.

Tədbirdə əsas səylər şəxsi heyətə axtarış-xilasetmə fəaliyyəti sahəsində beynəlxalq təlimat və tövsiyələrin tələblərinin dərindən öyrədilməsinə, o cümlədən hadisə rayonuna yürüşün həyata keçirilməsi, əməliyyat bazasının qurulması, axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsi zamanı həyat və sağlamlığın qorunması, eləcə də texniki təhlükəsizlik qaydalarına riayət olunması üzrə əməli vərdişlərin aşılanmasına yönəldilib.

Təlimdə qarşıya qoyulmuş məqsədlərə uğurla nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.