İDMAN


FHN-in əməkdaşı Avropa çempionatında gümüş medal qazanıb

Bakı, 30 oktyabr, AZƏRTAC 

Rumıniyanın paytaxtı Buxarestdə kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, çempionatda Azərbaycanı təmsil edən nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, idman ustası Rüstəm Müslümov 81 kiloqram çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

Dünya çempionatlarında iki dəfə mükafat qazanan Rüstəm Müslümov, həmçinin Avrasiya çempionatının qalibi olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.