CƏMİYYƏT


FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsi əməliyyatında iştirak edir

Bakı, 24 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri sentyabrın 24-də səhər saatlarından etibarən Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də bu ölkəyə helikopter göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.