CƏMİYYƏT


FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 26-27-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib.

Tədbirdə BMMT-nin baş katibi Yap Maritu İcraiyyə Şurasının 53-cü sessiyasından sonra görülmüş işlərə, rəhbərlik etdiyi təşkilatın 2020-ci ilin iyulundan 2021-ci ilin iyulunadək olan müddətdə fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Baş katib təşkilatın fövqəladə hallarla mübarizə məqsədilə yaradılacaq dəstəsi, bu sahədə fəaliyyəti tənzimləmək üçün ekspertlər qrupunun təşkilini nəzərdə tutan BMMT-nin regional platformalarının gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.

Sessiyada BMMT-nin daxili reqlamentinə edilən dəyişikliklərlə bağlı sənəd layihəsi üzv dövlətlərin təmsilçilərinə təqdim olunub.

Tədbirin sonuncu günündə iclasın gündəliyinə əsasən, BMMT İcraiyyə Şurasının prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.