CƏMİYYƏT


FHN-in psixoloqları Ukraynada sosial-psixoloji treninqdə iştirak ediblər

Bakı, 31 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi tibb xidməti mayoru Xanım Sofiyevanın rəhbərliyi ilə nazirliyin psixoloqları - baş məsləhətçi Sona Məmmədova, leytenant Davud Sultanov, leytenant İlqar Abbasov Ukraynanın Milli Mülki Mühafizə Universitetinin Psixo-təlim texnologiyalarının tətbiqi Mərkəzində Ektremal və krizis psixologiyası üzrə elmi-tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən keçirilən “Self-Team-Others”: fövqəladə hallar zamanı xilasedicilərin psixoloji hazırlığı” mövzusunda sosial-psixoloji treninqdə iştirak ediblər.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Ukrayna Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Sazişin həyata keçirilməsi istiqamətində Ukraynanın Milli Mülki Mühafizə Universitetinin müraciəti əsasında reallaşdırılıb.

Treninq zamanı psixoloqlar tərəfindən professional stressin minimizasiyası, müxtəlif mənşəli fövqəladə hallar şəraitində adaptasiyanın ekspress-metodları işlənilib, hadisə yerlərindən videoçəkilişlərə baxılıb, psixoloji dözümlülüyün və stressədavamlılığın yüksəldilməsi üzrə praktik məşğələlər keçirilib.

Sonda nazirliyin psixoloqlarına müvafiq sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.