CƏMİYYƏT


FHN-in regional mərkəzlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbirlər keçirilib

Bakı, 10 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.

Sonra çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolundan, onun xilaskarlıq missiyasından danışıb, memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, xalqımızın yaddaşında əbədi yaşayan Heydər Əliyevin uca şəxsiyyəti və həyat yolu onun davamçıları, ölkəmizin indiki və gələcək nəsilləri üçün ən dəyərli örnəkdir.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin dəyərli və qətiyyətli idarəçilik bacarığından, xalqı qarşısında əvəzsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan söhbət açılıb. Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünü bərpa edərək müqəddəs ata vəsiyyətini yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla dalğalanır.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.