CƏMİYYƏT


FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət 3-cü qrupu avqustun 5-də Türkiyə Respublikasına yola düşəcək

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu avqustun 5-də səhər saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.