CƏMİYYƏT


FHN-in zabiti: Ağdam rayonunda minatəmizləmə əməliyyatları uğurla davam etdirilir

Ağdam, 6 dekabr, İlyas Zeynallı, AZƏRTAC

Hazırda işğaldan azad olunmuş Ağdam rayonu ərazisində bizə təhkim olunmuş sahədə minalardan və partlamamış hərbi sursatların tam təmizlənməsi tapşırığını yerinə yetiririk. Əməkdaşlarımız bu çətin işin məsuliyyətini və əhəmiyyətini tam dərk edərək bu əməliyyatları yüksək dəqiqliklə həyata keçirirlər.

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə alayının taqım komandiri, baş leytenant Səbuhi Sarıyev Ağdam rayonu ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı AZƏRTAC-a müsahibəsində deyib.

Bu mühüm tapşırığın yerinə yetirilməsi üçün var gücləri ilə çalışdıqlarını vurğulayan S.Sarıyev qeyd edib: “Şəxsi heyət verilən tapşırıqları nizam-intizam və təhlükəsizlik qaydalarına ciddi riayət edərək həyata keçirir. Şəxsi heyət hər hansı partlamamış sursat və mina tapdıqda dərhal komandirə məruzə edir. Biz də aidiyyəti qurumları dərhal məlumatlandırırıq. Əsas tapşırıq otuz ilə yaxın davam edən işğaldan azad olunan doğma torpaqlarımızın mina və partlamamış sursatdan ən qısa zamanda tam təmizlənərək təhvil verilməsidir. Bu istiqamətdə əməliyyatlar uğurla davam etdirilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.