CƏMİYYƏT


FHN işçilərinin həmkarlar ittifaqı N saylı hərbi hissədə görüş keçirib

Bakı, 17 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qubada yerləşən N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüş keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov 1993-cü il iyunun 15-nin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu qeyd edib. Vurğulayıb ki, məhz həmin gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə xilaskar kimi hakimiyyətə qayıdaraq, qısa müddətdə gördüyü titanik fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi qorunub saxlanıldı, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və gələcək parlaq inkişafın təməli qoyuldu.

M.İsmayılov deyib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində respublikamızda bütün sahələri əhatə edən inkişaf, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlər hazırda Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vətən müharibəsində qazanılan Şanlı Qələbədən söz açan natiq bildirib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş torpaqlarımızda hazırda böyük quruculuq-abadlıq prosesinə başlanılıb. Erməni vandalları tərəfindən xarabalığa çevrilmiş yaşayış yerlərinin və maddi-mədəniyyət abidələrinin qısa zamanda ən müasir səviyyədə bərpa olunması istiqamətində mühüm işlər aparılır”.

M.İsmayılov Milli Qurtuluş Günündə - iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən danışıb. O bildirib ki, müttəfiqlik, qardaşlıq və dostluq bəyannaməsi olan bu sənəd ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə davam və inkişaf etdirilməsinin bariz göstəricisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.