CƏMİYYƏT


FHN işğaldan azad edilmiş torpaqlarımıza icazəsiz səfərlərin təhlükəli olması barədə əhalini maarifləndirmə işlərinə başlayıb

Bakı, 12 fevral, AZƏRTAC

Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərimizə xüsusi icazə olmadan səfər edən mülki şəxslər arasında minaya düşərək həlak olan və ya yaralananlar var. Belə faciəvi halların baş verməsinin qarşısını almaq və əhalini işğaldan azad olunmuş ərazilərə qanunsuz səfərlərdən çəkindirmək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərə yaxın yaşayış məntəqələrində maarifləndirmə tədbirlərinə başlayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Füzuli, Tərtər, Ağdam, Ağcabədi, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrində həyata keçirilən maarifləndirmə tədbirləri zamanı əhaliyə işğaldan azad olunmuş ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığı, bu ərazilərə indiki halda səfərlərin həyati təhlükə daşıdığı, eyni zamanda, bu cür qanunsuz səfərlərin hüquqi məsuliyyət yaratdığı izah olunur.

Maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Nazirlik bir daha insanları işğaldan azad olunmuş ərazilərə xüsusi icazə olmadan səfər etməkdən çəkinməyə çağırır, bunun həyat və sağlamlıq üçün təhlükəli olduğunu xatırladır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.