FHN kiçikhəcmli gəmilərin təhlükəsiz istismarını diqqətdə saxlayır
AzerTAg.az

Bakı, 20 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə tədbir keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz rayonunun Niyazoba kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən görüşdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınması və bort nömrəsinin yazılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr, onların təsnifatı və istifadə qaydaları haqqında da maarifləndiriliblər.
Sonda tədbir iştirakçılarına maarifləndirmə xarakterli broşürlər paylanılıb.
Xəbərin mətnində orfoqrafik səhv var