CƏMİYYƏT


FHN kiçikhəcmli gəmilərin təhlükəsiz istismarını diqqətdə saxlayır

Bakı, 5 oktyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti oktyabrın 5-də Pirallahı rayonunun Gürgan qəsəbəsinin dənizkənarı ərazilərində kiçikhəcmli gəmilərin istifadəçiləri üçün “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə kiçikhəcmli gəmilərin istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlığı barədə məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmilərin sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr və onlardan istifadə qaydaları haqqında da maarifləndiriliblər.

Sonda tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.