CƏMİYYƏT


FHN-nin Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda konfrans keçirilib

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Fövqəladə hallarla mübarizədə yeni texnologiyaların tətbiqi” mövzusunda kursant və magistrantların Vlll elmi-praktik konfransı keçirilib.

FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrin kursant və magistrantları iştirak ediblər.

Videokonfrans rejimində keçirilmiş tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin müavini polkovnik İlham Babaşov ölkəmizdə gənc nəslin elm və təhsilə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını və bu sahəyə Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb. Elmi-praktik konfransın əhəmiyyətindən danışan İ.Babaşov qeyd edib ki, digər sahələrdə olduğu kimi, fövqəladə halların idarə olunması sahəsində də tətbiq edilən texnologiyaların sürətli inkişafı müşahidə edilməkdədir. Axtarış-xilasetmə sahəsində müasir texnologiyaların tətbiqi yeni uğurların əldə olunması üçün geniş imkanlar yaradır.

FHN-nin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev konfransda çıxış edərək fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında elmin və təhsilin əhəmiyyətindən danışıb.

Konfransda FHN-nin Akademiyasının kursantları Fuad Mahmudzadə, Emil Rəhimov, Anar Mahmudzadə, Mirramin Yunusov, DİN-in Polis Akademiyasının kursantı Sənan Mirzəyev, Azərbaycan Tibb Universitetinin magistrantı Əminə Əliyeva məruzələrlə çıxış ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Bölmə iclaslarında kursant və magistrantların müxtəlif mövzular üzrə məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.