CƏMİYYƏT


FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq statistik rəqəmlərdə müsbət nəticələr qeydə alınıb

Bakı, 3 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti respublika ərazisində 2020-ci və 2021-ci illərin birinci rübü ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinin müqayisəli təhlilini aparıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi şəkildə müəssisə və təşkilatlarda həyata keçirilən nəzarət, o cümlədən əhali ilə aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, yanğın hadisələrinin göstəricilərinin dinamikasında azalmaya nail olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınların ümumi sayında 108, insan tələfatı 3, yaşayış sektorunun payına düşən yanğınlarda 109, ticarət obyektlərində 2, meşə sahələrində 1, nəqliyyat vasitələrində baş vermiş yanğınların sayında 9 fakt azalma, yanğın hadisələrindən dövlət, bələdiyyə və xüsusi mülkiyyətə dəyən maddi ziyanın məbləğində isə 116 min manat (2 faiz) azalma qeydə alınıb.

Yanğınların profilaktikası istiqamətində Xidmət tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.